​Tacikistanda həbsxanada qiyam baş verib - 27 ölü

Tacikistanın şimalındakı Xucand şəhərində ciddi rejimli kolonların birində qiyam baş qaldırıb.

Metbuat.az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, qiyamın yatırılması zamanı azı 25 məhbus öldürülüb. Qarşı tərəfdən isə 2 polis həlak olub. Bildirilir ki, qiyam dustaqlardan birininin mühafizəçinin avtomatını oğurlamasından sonra baş qaldırıb.

Daha sonra o, nəzarətçilərə və mühafizəçilərə atəş açıb. Ardınca dustaqlar təcridxananın 1 korpusunu ələ keçirib. Əraziyə gələn xüsusitəyinatlı dəstələr qiyamı güc yoluyla yatırıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR