​Şimali Koreya ABŞ-la planlaşdırılan görüşü ləğv edib

Şimali Koreya ABŞ-la bu həftəyə planlaşdırılan görüşü ləğv edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat verən Cənubi Koreyanın Xarici İşlər naziri Kan Gyon Xvanın sözlərinə görə, Pxenyan görüşün ləğviylə bağlı Seulu məlumatlandırıb.

Bildirilir ki, danışıqlar Nyu-Yorkda ABŞ-nı Dövlət katibi Mayk Pompeo ilə Şimali Koreyanın dövlət rəsmisi Kim Yon Çxol arasında baş tutmalıydı. Görüşdə tərəflər Sinqapurda əldə olunmuş razılaşmanın detallarının reallaşdırılması məsələlrini müzakirə etməliydi.

Lakin Pxenyan danışıqlardan imtina etməsinin səbəbini açıqlamır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR