​ABŞ “Minitmen-3” ballistik raketin sınağını həyata keçirib

ABŞ-ın Hərbi Hava Qüvvələri növbəti dəfə “Minitmen-3” ballistik raketin sınağını həyata keçirib.

Metbuat.az-ın Foks Nyuz telekanalına istinadən məlumatına görə, qitələrarası ballistik raket Kaliforniya ştatının cənubundakı Vandenberq bazasından havaya buraxılıb. Bildirilir ki, sınaq zamanı raket döyüş başlığıyla təchiz olunmayıb.

Uçuş uğurlu alınıb və raket hədəfi dəqiq nişan alıb.

Qeyd edək ki, ABŞ-ın hərbi arsenalında 450 ədəd “Minitment” raketi var. Bu döyüş sursatı 12 min km radiusda hədəfi dəqiq nişan ala bilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR