Rusiya “Mistral” gəmiləri üzrə razılaşmanın icra olunmaması ilə əlaqədar Fransadan rəsmi izahat istəyib

14:12 13 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 14:07 ]

Bakı – APA. Rusiya “Mistral” gəmiləri üzrə razılaşmanın icra olunmamasının səbəbləri ilə əlaqədar Fransa Müdafiə Nazirliyinə sorğu göndərib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəsmisi “RİA Novosti”yə açıqlamasında deyib.  

 

O bildirib ki, Rusiya Fransanın ayrı-ayrı siyasətçilərinin, o cümlədən ölkə prezidentinin şifahi bəyanatları ilə kifayətlənə bilməz.

 

“Növbəti qərarların qəbulu, yəni məhkəməyə müraciət edilməsi və yaxud qarşı tərəfə əlavə vaxt verilməsi üçün Rusiyanın əlində  yazılı izahat olmalıdır”, - deyə o vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR