Yol qəzası nəticəsində qadın xəsarət alıb

Yol qəzası nəticəsində qadın xəsarət alıb
20:05 9 Noyabr 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində "06"nın sürücüsü və sərnişini Pirili kənd sakini - 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/702351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR