Beynəlxalq Kosmik Stansiyadan ayrılan kapsul

Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq geri qayıdan ilk kapsul planda nəzərdə tutulduğu kimi, noyabrın 11-də Yaponiya vaxtı ilə səhər saatlarında uğurla Yerə çatıb.

Metbuat.az Yaponiya Kosmik Məkanın Öyrənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, kapsul səhər saat 7 radələrində Sakit okeandakı Oqasavara adaları yaxınlığında suya düşüb.

JAXA tərəfindən hazırlanan kapsul öz daxilində temperaturu sabit saxlayaraq, 2 min dərəcəyədək istiyə dözmək qabiliyyətinə malikdir. Kapsul tibbi tədqiqatlar məqsədilə BKS-in göyərtəsindən göndərilən protein kristallarını Yerə çatdırıb.//AzərTac

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR