Xaçmazda 6 otaqlı ev yanıb.
FHN-dən Metbuat.az-a verilən məlumata görə, rayonun Müqtədir qəsəbəsində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Düşmən atəşkəsi 28 dəfə pozub - Cəbhədən xəbər var - Oxumaq üçün tıkla