Qəbələdə mağazadan 2 min manat oğurlayan şəxslər saxlanılıb

Qəbələdə mağazadan 2 min manat oğurlayan şəxslər saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, noyabrın 11-nə keçən gecə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində mağazaların birindən 2000 manat pul oğurlanıb.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Cavidan Məhiyəddinli və Nemət Alcanov saxlanılıblar.

"İnstagram" depresiyaya yol açır - XƏBƏRDARLIQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR