"Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var

"Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var
22:05 12 Noyabr 2018
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzində baş verib.

Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Musayev dərhal əməliyyat olunub, hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/703090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR