Malibuda 370 villa yanıb

Malibuda 370 villa yanıb
08:47 13 Noyabr 2018
75 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Malibu şəhərində (Kaliforniya ştatının cənubu) meşə yanğınları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın ştatda 370 ev və tikilini məhv edib. Daha əvvəl ştat hakimiyyəti 180-ə yaxın ecin yandığını bildrimişdi.

Qeyd edilir ki, 370 kvadrat kilometri əhatə edən yanğının yalnız 20 faizini lokallaşdırmaq mümkün olub.

Ümumilikdə ştatın şimalında və cənubunda davam edən meşələr yanğınları nəticəsində azı 31 nəfər həlak olub. İnsan ölümü halları ən çox ştatın şimalında qeydə alınıb. Burada yanğın 450 kvadrat kilometri əhatə edir və yanğının yalnız 25 faizini lokallaşdırmaq mümkün olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/703114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR