Ağcabədidə ev yanıb

Ağcabədidə 3 otaqlı yaşayış olan tikili yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Günün qoroskopu - Şəxsi münasibətlərdə çətinliklər yarana bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR