Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar
16:35 13 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa, o cümlədən seçkilərin gedişinə müdaxilə edilməsinə və nifrət hissi mövzusunda ritorikaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Belə ki, noyabrın 12-də UNESCO-nun qərargahında keçirilən konfransın iştirakçıları “Kiberməkanda etimada və təhlükəsizliyə Paris çağırışı” adlı sənəd imzalayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Korrespondent www.korrespondent.net” resursuna istinadən yazır ki, təşəbbüs Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, həmçinin “Facebook”, “Google” və “Microsoft” şirkətləri tərəfindən dəstəklənib. Lakin Çin, Rusiya və ABŞ sənədi imzalamaqdan imtina ediblər.
   
Təşəbbüsün qəbul edilməsinin tərəfdarları arasında Fransa Prezidenti Emmanuel Makron da yer alıb. “Bu gün internet ekstremistlər, avtoritar rejimlər tərəfindən və ya terrorizmin təbliği üçün daha yaxşı istifadə olunur. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”, - Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda qeyd edib.
   
Onun fikrincə, internetin dövlət tərəfindən daha dərin tənzimlənməsini aradan qaldırmaq mümkün deyil. Fransa Prezidenti iri internet platformaları üçün onların təhlükəli kontentlə mübarizəsi üzrə öhdəliklərini genişləndirəcək yeni hüquqi status hazırlamaq təklifi ilə çıxış edib.
 
Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57601-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR