40 dəfə peşman oldum deyən oğrunun NÖVBƏTİ ƏMƏLİ

Noyabrın 2-də Qax rayon Polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Rəcəb Nəzirov evindən 3 min manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlandığını bildirib.

Metbuat.az xəbər verir ki, dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalarla İmeda Qamxaraşvilinin digər cinayət əməlində də iştirakının olduğu öz təsdiqini tapıb. Onun Qax rayon sakini Temur Lomaşvilinin evindən bir ədəd tir tüfəngini də oğurladığı müəyyən edilib. Bu cinayət əməli əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvilinin 2018-ci ildə törətdikləri ikinci hadisədir. Onlar birlikdə rayon sakininə məxsus avtomobili də oğurlayıblar və məsuliyyətə cəlb olunublar. Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR