Superkompüterlərin yeni reytinqi dərc edilib

Superkompüterlərin yeni reytinqi dərc edilib
17:35 13 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib. Qeyd edək ki, liderlər siyahısında cüzi dəyişiklik baş verib. Çinin "Sunway TaihuLight" sistemi ABŞ-ın "Sierra" kompüterinə uduzaraq reytinqdə ikinci pillədən üçüncüyə enib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ixbt.com" saytına istinadən yazır ki, ABŞ-da quraşdırılmış və hazırda 143,5 PFLOPS məhsuldarlığa malik "Summit" superkompüteri reytinqdə lider olaraq qalır.
 
Reytinqin tərtibçiləri qeyd edirlər ki, Çin sistemlərinin payı yüksəlir. İndi Çinin superkompüterləri reytinqin 45%-ni tutur. ABŞ istehsalı olan superkompüterlərdə bu göstərici 22% təşkil edir, amma bu sistemlər orta hesabla götürdükdə daha məhsuldardır. Əgər ümumi məhsuldarlıq üzrə hesablasaq, onda ABŞ 38%-lə liderlik edir, Çin isə 31%-lə ikinci yeri tutur.
 
Həmçinin superkompüterlərin sayına görə liderlər siyahısında Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İrlandiya yer alıb. Reytinqdə yer almış digər ölkələrdə sistemlərin sayı 10-dan azdır.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57606-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR