Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir

Bakı MDB-yə üzv ölkələrin şəhərləri arasında şopinq səyahətlərinin reytinqində liderlik edir.

Metbuat.az xəbər verir ki, Rusiyanın “TurStat” Analitik Agentliyi rusiyalı turistlərin alış-verişi üçün MDB-yə üzv ölkələrin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib. Reytinq 2018-ci ildə şopinq-turların populyarlığının təhlili nəticələrinə görə təqdim olunub. Rusiyalı turistlərin alış-verişi üçün populyar olan MDB şəhərlərinin üçlüyünə Azərbaycanın, Qazaxıstanın və Belarusun paytaxtları daxil edilib.

“TurStat”ın məlumatına görə, turistlər MDB şəhərlərinə orta hesabla 2-3 günlük səfər edir və alış-verişə 1000 dollaradək pul xərcləyirlər. Agentlik, həmçinin qeyd edir ki, cari il may ayının 1-dən 31-dək keçirilən Bakı Şopinq Festivalı (Baku Shopping Festival) əcnəbi turistlərin böyük marağına səbəb olub.//AzərTac

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR