Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib

Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib
12:35 14 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

Ən məhsuldar sistemlərin reytinqi (TOP500) ilə yanaşı, sistemlərin enerji effektivliyi üzrə sıralandığı "Green500" reytinqi də yenilənib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ixbt.com" saytına istinadən yazır ki, 1,3 QHs takt tezlikli "Intel Xeon D-1571 16C" prosessorları və "PEZY-SC2" sürətləndiriciləri ilə təchiz edilmiş "Shoubu system B – ZettaScaler-2.2" superkompüteri bu reytinqdə liderdir. Sözügedən sistem Yaponiyanın Superkompüter Mərkəzində quraşdırılıb. Göstəricisi 17,6 GFLOPS/Vatt təşkil edir. Mütləq məhsuldarlığı 1,06 PFLOPS-dur ki, bu da "Top500" reytinqində 374-cü yerə uyğun gəlir.
 
"Green500" reytinqində ikinci yerdə qərarlaşmış "Nvidia DGX - 1 Volta36", "Intel Xeon E5-2698v4 20C" və "Nvidia Tesla V100" əsasında işləyən "DGX SaturnV Volta" sistemi ABŞ-da qurulub. Bu superkompüterin enerji effektivliyi 15,1 GFLOPS/Vatt təşkil edir. Maraqlıdır ki, "DGX SaturnV Volta" sisteminin məhsuldarlığı "Shoubu system B"-dən 1 pillə yuxarıdır, yəni "Top500" reytinqində 373-cü yerdə qərarlaşıb.
 
"IBM Power9" prosessorları və "Nvidia Volta GV100" sürətləndiriciləri ilə işləyən "Summit – IBM Power System AC922" sistemi ilk üçlükdə qərarlaşıb.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57620-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR