Stiv Voznyak: “Sürücüsüz avtomobillər utopiyadır”

Stiv Voznyak: “Sürücüsüz avtomobillər utopiyadır”
15:35 14 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “CNBC” telekanalına müsahibədə avtonom avtomobillər bazarına skeptik yanaşdığını bildirərək hazırda bu texnologiyanın utopik göründüyünü qeyd edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, onun fikrincə, hazırda avtomobildə avtopilot rejimi sürücünün yükünü qismən azaldır (məsələn, müstəqil parklanma və ya yol-nəqliyyat hadisəsi zamanı əyləcə basma). “Mən yollarda sürücüsüz avtomobillərin hərəkət edəcəyinə inanmıram”, - o deyib. Həmçinin sahibkar və proqram tərtibatçısı vurğulayıb ki, belə qurğuların zamanı hələ gəlməyib.
S.Voznyakın sözlərinə görə, dünyanın əksər şəhərlərində yol infrastrukturu “ağıllı” avtomobillər üçün uyğun deyil. O, bununla “ağıllı” nəqliyyat kameraları üçün yol nişanları və digər işarələrin mövcud olmamasını nəzərdə tutub.

S.Voznyak böyük elektrokar həvəskarı olsa da, ilin əvvəlində “Tesla” şirkətinin rəhbəri İlon Maska inanmadığını bildirib. “Apple” həmtəsisçisinin sözlərinə görə, onun “Tesla” avtomobili olmasına baxmayaraq daha çox “Chevy Bolt EV” elektromobilində hərəkət edir.

Qeyd edək ki, “Apple” şirkətinin həmtəsisçisi olan S.Voznyak “Apple Computer” (hazırkı Apple Inc.) şirkətinin səhmlərinin 45 faizinin sahibi olsa da, hazırda bu rəqəm 1 faizə bərabərdir. O, sonralar “Acquicor Technology”, “Fusion-io” və “Primary Data” kimi layihələrin iştirakçısı olub və onların əksəriyyətində elmi texnologiyalara rəhbərlik edib.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57623-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR