Moskvada öldürülən azərbaycanlı taksi sürücüsünü qatilləri tutulub

Moskvada öldürülən azərbaycanlı taksi sürücüsünü qatilləri tutulub
14:44 13 Yanvar 2015
249 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında qətlə yetirilən azərbaycanlı taksi sürücüsünün və onu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.

 

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, yanvarın 3-də Puçkova qəsəbəsində avtomobilində qətlə yetirilən Azərbaycan vətəndaşı Gəncə sakini, 1966-cı il təvəllüdlü A. D. Haqverdiyevdir. Qətli törətməkdə şübhəli bilinənlər isə Tacikistan vətəndaşı, 1991-ci il təvəllüdlü F.A. Xolov, Özbəkistan vətəndaşı, 1985-ci il təvəllüdlü S. Q. Xayrullayev və Rusiya vətəndaşı T. Z. Sidikovdur.  

 

A. Haqverdiyev icarəyə götürdüyü "Hyundai Solaris" markalı avtomobilində dekabrın 27-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Bundan sonra çalışdığı taksi şirkəti hüquq-mühafizə orqanlarına əməkdaşının itkin düşməsi barədə məlumat verib.

 

Məlum olub ki, 48 yaşlı A. Haqverdiyev qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl törətməkdə şübhəli bilinən Tacikistan, Özbəkistan və Rusiya vətəndaşları yanvarın 9-da  saxlanılıblar. Onlar itkin düşmüş azərbaycanlının qətlində əllərinin olduğunu etiraf ediblər.

 

Bildiriblər ki, dekabrın 30-da Puçkovo qəsəbəsində azərbaycanlı sürücünün avtomobilinə sərnişin kimi miniblər.

 

Yolda sürücünün başına travmatik tapançadan atəş açıb, daha sonra onu şalvar kəməri ilə boğublar. Meyiti isə qətlin baş verdiyi yerdən bir az aralıda basdırıblar.  

 

Onlar bundan başqa, yanvarın 4-də azərbaycanlı taksi sürücüsünün çalışdığı taksi şirkətində çalışan daha bir taksi sürücüsünü qətlə yetirdiklərini etiraf ediblər. Həmin taksi sürücüsünü də şalvar kəməri ilə boğduqlarını, daha sonra basdırdıqlarını bildiriblər. Qətldə şübhəli bilinənlər öldürdükləri şəxslərin üzərində olan pulu (10-15 min rubl) və mobil telefonu götürdüklərini də deyiblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki qətlin sadəcə quldurluq məqsədilə törədilmədiyini güman edirlər. Onların fikrincə, qətllər taksi fəaliyyəti ilə məşğul olan iki böyük şirkət arasındakı rəqabət fonunda baş verib. Bir taksi şirkəti onun bazarına girdiyi üçün digər şirkətin taksi sürücülərinin qətlini sifariş verib.   

 

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, taksi şirkətlərinin birinin sahibi milliyyətcə azərbaycanlıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR