Bakının Təbriz küçəsində yanğın olub

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR