Ərzağın içində Azərbaycana "S9" keçirmək istədi, yaxalandı

Ərzağın içində Azərbaycana "S9" keçirmək istədi, yaxalandı
10:47 15 Noyabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/703913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR