Şirvan sakini yol nişanlarının üstündəki lövhələri oğurladı

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub.

Araşdırma aparılır.

Dövlət Reklam Agentliyindən reportaj - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR