Dağıstan rəhbərliyi: Bəzi qüvvələr Dağıstan və Azərbaycan xalqları arasında inamsızlıq və şübhə yaratmağa çalışır

14:52 13 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 14:45 ]

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbərinin administrasiyası və hökumətinin mətbuat katibi Dağıstan və Azərbaycan xalqlarının münasibətləri ilə bağlı bəyanat yayıb.

APA-nın yerli mediaya istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, son vaxtlar Azərbaycan və Dağıstan xalqları arasında inamsızlıq və şübhə yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif vasitələrə əl atdığı müşahidə olunur: “Tam aydındır ki, heç bir əsası olmayan bu cür xəbərlərin arxasında  milli kimliyindən sui-istifadə edərək çirkli işlərlə, fırıldaqçılıqla və korrupsiya ilə məşğul olan insanlar dayanır. Öz vəzifələrindən azad edilən bu şəxslər Dağıstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinə xələl gətirmək üçün şayiələr yayırlar. Dağıstan rəhbəri Ramazan Abdulatipovun dediyi kimi, Dağıstan və Azərbaycan qədimdən ortaq mədəniyyətə və  tarixə malikdir. Heç kəs indiyə kimi sülh və razılıq şəklində yaşayan bu iki xalqı qarşı-qarşıya gətirməyə nail ola bilməyib və bilməyəcək”.

 

Bəyanatda Dağıstanın Azərbaycanla iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlı olduğu bildirilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR