Azərbaycanda parlament televiziyasının açılması təklif edilir

Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.

Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: “Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”.

Dövlət Reklam Agentliyindən reportaj - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR