Bakıda yeni doğulan körpə öldü, cinayət işi başlandı

Bakıda yeni doğulan körpə öldü, cinayət işi başlandı
16:47 15 Noyabr 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yeni doğulan körpə ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/704046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR