“Facebook” onun qaydalarına zidd nəşrlərlə mübarizə məqsədilə müstəqil orqan yaradacaq

“Facebook” onun qaydalarına zidd nəşrlərlə mübarizə məqsədilə müstəqil orqan yaradacaq
10:35 16 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti öz qaydalarına zidd olan nəşrlərlə mübarizədə sosial şəbəkəyə kömək edəcək müstəqil orqan yaratmaq niyyətindədir. Bu haqda Mark Zukerberq öz səhifəsində qeyd edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, müstəqil orqan sözügedən sosial şəbəkənin istifadəçilərinin “Facebook”un qaydalarını pozan nəşrlərin silinməsi ilə əlaqədar yaranan şikayətlərini araşdıracaq. Məlumata görə, yeni orqan 2019-cu ildə fəaliyyətə başlayacaq.
 
“Facebook”un rəhbəri qeyd edib ki, sosial şəbəkənin bu layihəsi erkən hazırlama mərhələsindədir.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57656-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR