Yanan Amerika: 71 ölü, 1100 itkin, məhv olmuş minlərlə ev - FOTO

Yanan Amerika: 71 ölü, 1100 itkin, məhv olmuş minlərlə ev - FOTO
10:05 17 Noyabr 2018
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən "Camp Fire" meşə yanğınlarında həlak olanların sayı 71 nəfərə çatıb. Təqribən 1100 nəfər itkin düşüb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının hakimiyyət dairələri itkin düşmüş sayılan insanların ailə üzvləri və qohumları ilə əlaqə yarada bilməyən şəxslər olduqlarına ümid edir.

"Camp Fire" Kaliforniyanın tarixində ən məşum meşə yanğınıdır. Alovların məhv etdiyi ərazi 560 kvadrat kilometrdən artıqdır. 12 min ev yanıb, 100 mindən artıq insan təlxiyə olunub.

Yanğınlar hələ də davam edir. Güclü külək və quraq hava səbəbindən bəzi yerlərdə alovlar 80 km/saat sürətlə hərəkət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/704652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR