Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
16:27 17 Noyabr 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/704763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR