Partlayışda xəsarət alan azərbaycanlıların vəziyyəti ağır olaraq qalır

Partlayışda xəsarət alan azərbaycanlıların vəziyyəti  ağır olaraq qalır
21:37 17 Noyabr 2018
84 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisinin Zemo Poniçala qəsəbəsində yaşayış binasında qaz sızması səbəbindən baş vermiş partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsi üzvlərinin vəziyyəti ağır olsa da, sabitdir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstanın Yanıq Mərkəzindən bildiriblər.

Xəsarət alan 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsinin vəziyyətində ağırlaşma qeydə alınmayıb. Zərərçəkmişlər intensiv müalicə olunurlar. Onların vəziyyətlərinin ağırlığı iki və üçüncü dərəcəli yanıq xəsarətləri və tənəffüs yollarının yanıqları ilə əlaqədardır.

Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib.

Qeyd edək ki, Zemo Poniçalada doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış noyabrın 15-də səhər saatlarında baş verib. Nəticədə üç nəfər xəsarət alıb, 30 yaşlı qadın və onun 9 aylıq övladı dağıntılar altında qalaraq ölüb.

Bundan əvvəl Tbilisidə yaşayış binasında baş verən partlayışda azərbaycanlıların xəsarət aldığı məlumat verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/704844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR