“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib
03:35 18 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı mobil proqramlar aşkar ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, proqramlar “Android” smartfonlarının sahibləri üçün əlçatan idi. Bir qayda olaraq, fırıldaqçıların hədəfi kriptovalyuta oğurlamaq olub, buna görə onlar tərəfindən hazırlanmış bir sıra proqramların təsvirində iddia edilib ki, həmin proqramlar kriptovalyutanı saxlamaq üçün təhlükəsizdir. Əslində isə öz hesabının loqin və parolunu daxil edən istifadəçi  virtual pul yığımına girişi itirir. 
 
Ekspertlər dəfələrlə qeyd ediblər ki, bir qayda olaraq, zərərli mobil proqramlar “App Store” ilə müqayisədə “Google Play”də tez-tez yerləşdirilir. Mütəxəssislərin fikrincə, demək olar, istənilən istifadəçi belə proqram hazırlaya və başqa insanları aldada bilər.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57679-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR