Fransalı ekspert: “Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“

Fransalı ekspert: “Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“
12:12 18 Noyabr 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fransa Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlar da daxil olmaqla, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrini dəstəkləyir və bu münaqişənin sülh yolu ilə həllinə çalışır".

Milli.Az bildirir ki, bunu Report-a açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri heç bir əhəmiyyət daşımır. Bu qondarma respublikanın nümayəndə heyəti hər 6 aydan bir Fransadadır. Bu, Fransanın 1992-ci ildən ATƏT-in Minsk qrupunun həmsədri kimi böyük əhəmiyyətə malik tərəfdaş olduğunu sübut edir. Lakin səfərlərə xüsusi əhəmiyyət verməyin mənası yoxdur, çünki onlar Fransanın bu məsələdə mövqeyini dəyişə bilməzlər. Fransa hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə dəfələrlə bu məsələdə öz mövqeyini birmənalı şəkildə bildirib. Fransa Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlar da daxil olmaqla, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrini dəstəkləyir və bu münaqişənin sülh yolu ilə həllinə çalışır", - deyə o bildirib.

Ekspert bu səfərlərin Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə də təsir edəcəyini düşünmür: "Lakin Fransa bu qondarma respublikanın nümayəndələrinin Parisə gəlmələrinə heç nə deyə bilmir. Çünki səfərlər Fransanın dəvəti ilə baş tutmayıb və bu səfərlər zamanı heç bir Fransa dövlətinin rəsmisi ilə görüşlər keçirilməyib".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/704905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR