Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var - VİDEO

Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var - VİDEO
13:05 18 Noyabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Hindistanın Amritsar şəhərində partlayış törədilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə polisdən bildirilib.

Məlumata görə, hadisə Radjanasi qəsəbəsində baş verib. Üzlərində maska olan iki nəfər motosikletlə ibadət evinin qarşısına gələrək, içəri qumbara atıblar. Partlayış nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. 

Videonu izləmək üçün şəklə klikləyin:
Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var

Videonu izləmək üçün şəklə klikləyin:
Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var (2)

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/ipolitcs/704914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR