İki maşın toqquşub, ağır xəsarət alan var

İki maşın toqquşub, ağır xəsarət alan var
07:17 19 Noyabr 2018
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, Təngərüd kəndi ərazisində "VAZ-2107" markalı minik avtomobili "QAZ-24" markalı avtomobillə toqquşub.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü Qasımov Namik Sərdar oğlu ağır bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Qasımova ilkin tibbi yardım göstərilərək yaraları tikilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/704722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR