Prezident İlham Əliyev Belarusda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Belarusda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO
10:22 19 Noyabr 2018
23 Ölkə
Ölkə mətbuatı
A- A+

19.11.2018
10:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

-----------------
18.11.2018
22:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/705074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR