VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib

2018-ci il 15-17 noyabr tarixlərində VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Tədbir çərçivəsində humanitar sahənin müxtəlif istiqamətləri - mədəniyyət, təhsil, media, nəşriyyat işi, informasiya texnologiyaları, əqli mülkiyyət və s. üzrə 14 bölmədə müxtəlif konfrans, dəyirmi masa, sessiya, mühazirə və sərgilər, habelə mədəni proqramlar təşkil edilib.

100-dən çox ölkənin 35 minə yaxın nümayəndəsinin qatıldığı forumda Əqli Mülkiyyət Agentliyini İnformasiya texnologiyaları və dərc şöbəsinin müdir müavini Kəmalə Baxışova təmsil edib.

Beynəlxalq Mədəniyyət Forumun “Kütləvi kommunikasiyalar” bölməsində keçirilən “Yaradıcılıq kontentinin şəbəkədə qorunması” adlı paneldə İnternetdə əqli mülkiyyət hüquqlarının pozulması və ona qarşı mübarizədə əldə edilən nəticələr müzakirə olunub. “Cult&Tech: kontentin yeni iqtisadiyyatı” adlı dəyirmi masada isə ekspertlər tərəfindən qlobal rəqəmsal mühitdə gəlir əldə etmək üçün ən mütərəqqi biznes-modellər və innovativ yanaşmalar, müasir dünyada süni intellekt, blokçeyn, böyük həcmli informasiya axınının yaradıcılıq məhsullarının dövriyyəsi üçün yaratdığı geniş imkanlar haqqında fikir mübadiləsi aparılıb. Müzakirәlәr zamanı Agentliyin əməkdaşı tərəfindən ölkәmizdә әqli mülkiyyәtә hörmәtin aşılanması, piratçılıq və saxtamalçılığa qarşı mübarizə, ictimai maarifləndirmə və s. istiqamətdə həyata keçirilәn tәdbirlәr haqqında mәlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR