Bakıda azyaşlı ölümdən döndü

Təlim mərkəzinə icazəsiz daxil olan azyaşlı uşaq ölümdən dönüb. Belinə tros bağlayaraq kanata çıxan uşaq hündürlüyü 10-15 metr olan qurğuda ilişib. O, təxminən bir saat kanatdan asılı vəziyyətdə qalıb.

Metbuat.azt verir ki, hadisə ötən gün Müşfiqabad qəsəbəsi yaxınlığındakı təlim mərkəzlərindən birində baş verib.

Videonu çəkən şəxsin sözlərinə görə, iki azyaşlılar həmin təlim mərkəzinin ərazisinə icazəsiz daxil olublar. Onlardan biri, Kənan Həsənov belinə tros bağlayaraq təlim üçün nəzərdə tutulmuş kanatla bir tərəfdən digərinə keçmək istəyib. Bu zaman azyaşlı kanatın ortasında ilişib qalıb.

O, trosun belini kəsdiyini görüb ayağına dolayıb ki, bədəninə zərər dəyməsin.

Yerdə olan digər azyaşlı isə Kənanın köməksiz vəziyyətdə qaldığını görüb, dərhal “112” zəng mərkəzinə məlumat verib. Hadisə yerinə gələn xilasedicilər azyaşlıya kömək ediblər.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR