Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanıldı

Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanıldı
17:42 19 Noyabr 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində idarə etdiyi avtomobillə Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 18-də saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü, Türkəndi kənd sakini Kənan Məhərrəmov saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR