Donetsk hava limanının dispetçer qülləsi dağıdılıb

15:17 13 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 15:14 ]


Bakı – APA. Ukrayna ordusu və separatçılar arasında aramsız döyüşlərə səhnə olan və bombardman nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanının dispetçer qülləsi dağıdılıb. APA-nın “sensor.net” saytına istinadən verdiyi məlumata görə, atəşkəs razılaşmasına baxmayaraq, separatçılar bu gün səhərdən hava limanını yenidən artilleriya atəşinə tutmağa başlayıblar. Nəticədə dispetçer qülləsi dağıdılıb.  

 

Xatırladaq ki, Donetsk şəhəri separatçıların əlində olsa da, hava limanı Ukrayna ordusunun nəzarətindədir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR