Bu yolda tıxac var - Piyada vurulub

Bu yolda tıxac var - Piyada vurulub
20:05 19 Noyabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində baş verib. 02-BK-603 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt istiqamətində hərəkətdə olarkən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yol polisləri cəlb olunub. Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR