Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var - FOTO

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var - FOTO
20:22 19 Noyabr 2018
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda yol qəzası baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/705332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR