Minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
23:42 19 Noyabr 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində "Dodge" markalı avtomobil qarşıda gedən "KamAZ" markalı maşına çırpılıb.

Nəticədə minik avtomobilində olan Masallı rayon Türkoba kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yalçın Rövşən oğlu və maşında olan sərnişin müxtəlif bədən xəsarətləri ilə müvafiq olaraq Şirvan və Kürdəmirdəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/705352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR