“Huawei” “ağıllı” şəhər üçün "sinir sistemi" yaradıb

“Huawei” “ağıllı” şəhər üçün "sinir sistemi" yaradıb
03:35 20 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

“Huawei” şirkətinin “+AI Digital Platform” platforması datçik, kamera və hakimiyyət orqanlarından toplanılmış məlumatları real vaxt rejimində əks etdirən “3D” şəhər xəritə formasındadır. Operatorun səmərəli qərarlar qəbul etməsinə kömək məqsədilə sözügedən xəritəyə vəziyyətin inkişaf proqnozlarını generasiya edən süni intellekt inteqrasiya edilib. “Huawei” şəhər üçün öz əməliyyat sistemini Barselonada keçirilmiş “Smart City Expo World Congress”də təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nanonewsnet.ru” saytına istinadən yazır ki, "şəhər insan orqanizmi ilə müqayisə edilə bilər: səmərəli şəkildə öyrənən və inkişaf edən sinir sistemi yaratmaq mümkündür” – vitse-prezident deyib.
 
“Huawei şirkəti şəhərin “sinir sistemi”ni – beyin (idarəetmə mərkəzi), mərkəzi sinir sistemi (şəbəkə) və periferik sinir sistemi (datçiklər) yaratmaq üçün bulud texnologiyaları, “əşyalar interneti”, video və sərhəd hesablamalarını süni intellektlə inteqrasiya etməyə müvəffəq olublar" –  vitse-prezident izah edib.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57701-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR