Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı - VİDEO - FOTO

Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı - VİDEO - FOTO
11:22 20 Noyabr 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə saat 02:30 radələrində paytaxtda avtomobil qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. 

Belə ki, şəxsiyyəti məlum olmayan sürücü "Porsche" markalı, 99 HR 999 dövlət nömrə nişanlı  avtomobili öncə maneəyə çırpıb, daha sonra qəzalı vəziyyətdə idarə edib. 

Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra Araz Novruzov 27 küçəsində buraxaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gecə saatlarında


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR