Biləcəridəki kanalizasiya kollektorundan kəsilmiş mal başları çıxarılıb

Bakının Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1 000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.

Metbuat.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə təmsil etdiyi quruma müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusiyəyinatlı maşın və digər mexanizmlər cəlb olunub: “Bütün səylərə baxmayaraq, kolleltroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektroun 4m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi 3 gündən artıq vaxt aparıb. Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kolleltorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərzailərin çirkab suların altında qalmasına səbəb olur”.

21 yaşlı oğlan dağıntılar altından belə xilas edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR