Ölü doğulan uşağı üçün etdikləri şok yaratdı

İngiltərədə hamiləliyinin 32-ci həftəsində körpəsi ölü doğulan ananın balası üçün etdikləri izləyənləri göz yaşlarına qərq edib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bir şeylərin tərs getdiyinin fərqində olan ana namizədi hamiləliyinin 32-ci həftəsində həkimə müraciət edib və körpəsinin həyatını itirdiyini öyrənib.

12 saatlıq əməliyyatdan sonra qadının körpəsi bətnindən çıxarılıb. Gənc qadın körpəsinin cansız bədəni ilə ilk və son dəfə fotolar çəkdirərək qəmli bir mesajla sosial media hesabından paylaşıb.

Səhhətindəki problemlərinə məsuliyyətsizlik etdiyi üçün körpəsini itirdiyini deyən qadın ana namizədlərinə səhlənkarlıq etməmələri barədə xəbərdarlıq edib.

21 yaşlı oğlan dağıntılar altından belə xilas edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR