Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü

Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü
20:32 20 Noyabr 2018
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayonunda dörd yaşlı uşağı maşın vuraraq öldürüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən dörd yaşlı uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücününvvə uşağın şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/705587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR