Şəkidə 20 yaşlı qadın intihara cəhd edib

Şəkidə 20 yaşlı qadın intihara cəhd edib
23:12 20 Noyabr 2018
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə gənc qadın intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Cəyirli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə İlyas qızı Rəhimova yaşadığı evdə intihar etmək məqsədilə siçan zəhəri içib. Vəziyyəti ağırlaşan 20 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşib.

Qeyd edək ki, N.Rəhimova ailəlidir, onun altı aylıq körpəsi var. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/705631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR