Əli Əhmədov: "Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır"

Əli Əhmədov: "Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır"
12:27 21 Noyabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, YAP-ın yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur: "Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir".

Ə.Əhmədov qeyd edib ki, YAP-da 725 min nəfər Azərbaycan vətəndaşı birləşib: "YAP-da Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur".

Baş nazirinin müavini hesab edir ki, bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR