Baş Qərargah rəisi: "Regionda təhdid və problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir"

Baş Qərargah rəisi: "Regionda təhdid və problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir"
13:42 21 Noyabr 2018
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Regionda təhdidlər müşahidə olunmaqdadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə rəsmilərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaia deyib.

O bildirib ki, təhdid və yaranan problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir: "Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarilə regiondakı sabitliyi özündə əks etdirir. Biz aktiv şəkildə müştərək təlimlərə qoşulacağıq. Bu təlimlər bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönümündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik. Regionda təhdidlərin artması müşahidə olunur. Birgə səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik".

V.Çaçibaia bildirib ki, Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR