Bakının məşhur məkanında şok: bu qadını tanıyan varmı? - FOTO

Bakının məşhur məkanında şok: bu qadını tanıyan varmı? - FOTO
15:32 13 Yanvar 2015
221 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin dalğaları onun sahilində istirahət edənlərə dəhşət yaşadıb. Ləpələr romantika, gözəllik yox, qorxu yaradıb. Dənizin dalğaları Bakı sahilinə, daha dəqiq desək, Dövlət Bayraq Meydanının ərazisinə meyit atıb.

Səbail rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, yanvarın 10-da meydanda meyiti tapılan qadın 30-35 yaşlarındadır. Onun şəxsiyyəti məlum deyil. Üzərində zorakılıq əlamətləri yoxdur. Onun intihar və ya ehtiyatsızlıq nəticəsində dənizdə boğulması məlum deyil.

Qadını tanıyanlardan xahiş olunur, (012) 491 02 02 və (012) 437 02 02 telefonların məlumat versinlər.

Anar Məmmədov
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR