"Toppuş bacı" ayrılıq xəbərlərinə belə cavab verdi

Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalla ayrılması haqda xəbərlər yayılıb. Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, xərçəngdən əziyyət çəkən aktrisa bir neçə ay "Bizimləsən" proqramına qonaq olub və insanlardan ipoteka kreditini ödəmək üçün maddi yardım istəyib. Həmin ərəfədə ərinin Tünzalənin yanında olmaması, onunla bağlı heç bir paylaşım etməməsi onların ayrıldığı ilə bağlı söz-söhbətlər yayıb.

Hətta bir çox sənət adamı Röyalın "Toppuş bacı"ya dəstək olmadığını qınayıb. T.Əliyeva əri ilə sosial şəbəkədə fotosunu paylaşaraq deyilənlərə cavab verib. O, fotoya "Rəbbim açdığın sabaha, bağladığın gecəyə şükür" sözlərini qeyd edib.

Qeyd edək ki, Tünzalə və Röyal cütlüyünün Zəhra adlı övladı var.

"Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu"ndan ÖZƏL REPORTAJ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR